Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “GÜCÜMÜZ BİRLİYİMİZDİR! Koronavirus (COVID-19) pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır. Eyni zamanda Xaçmaz rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə ehtiyac olan aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsidir.