Əməkdaşlarımız

Tamerlan Abil oğlu Qasımlı 11 mart 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin məzunudur. Təhsil Nazirliyi və Asan xidmətin birgə həyata keçirdiyi Məktəblinin dostu layihəsinin əməkdaşıdır. 2019-cu ildən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Gənclər və Könüllülərlə iş üzrə Departamentinin rəhbəridir. 

 

Günel Elburus qızı Əfəndiyeva 7 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin ibtidai metodika ixtisasının məzunudur. Hal-hazırda Azərbaycan Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisasının 4-cü kurs tələbəsidir. AUTGT-də humanitar fakültənin sədri, AUTEC-in üzvü olub. İntellektual yarışlarda gənc həmkarları ilə birlikdə iştirak edib və yer tutub. Bir çox konfransların iştirakçısı olmuşdur. 2019-cu ildən etibarən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür. Azərbaycan, ingilis və rus dillərini bilir.


Şamilə Şamil qızı Ələkbərli 30 noyabr 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Azad Azərbaycan Televiziyasında Xəbərlər Xidmətində təcrübəçi müxbir kimi fəaliyyət göstərib. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin müxbiri olmuşdur. "Asiya-Fakt İnformasiya Agentliyi"nin nəzdində fəaliyyət göstərən "Sizi Tanıyaq" layihəsinin aparıcısı olub. 2019-cu ildən etibarən "Elin Səsi" Milli Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür. Azərbaycan, ingilis və türk dillərini bilir. 


Azad Zaid oğlu Nəsibli 31 yanvar 1993-cü il Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Milli Konservatoriyasının məzunudur. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alır. Tar ifaçısıdır. 2018-ci ildə Bakı şəhərində keçirilən "Testene Art Baku Beynəlxalq Musiqi Festivalı"nın laureatıdır. 2019-cu ildən etibarən" Elin Səsi"Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür. 


Zəkiyyə Ağaəli qızı Heybətova 18 mart 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin məzunudur. Bir çox tədbir və konfranslarda iştirak edib. Müxtəlif müsabiqələrin iştirakçısı olub. Eləcə də Azərbaycan klassik ədəbiyyatına böyük marağı və həvəsi vardır. Məhz bu həvəs və maraq onun müxtəlif dillərdə şeir səsləndirməsinə səbəb olmuşdur. Ərəb, Fars, İngilis və Türk dillərini bilir. 2018-ci ildən etibarən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür. 


Nərminə Eldar qızı Quliyeva 24 dekabr 1997-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin məzunudur. Respublika üzrə keçirilən qiraət-şeir müsabiqəsində 1-ci yerin qalibi olmuşdur. O cümlədən ölkədaxili keçirilən bir sıra tədbirlərin iştirakçısı və laureatıdır. Ədliyyə Nazirliyində könüllü kimi fəaliyyət göstərmişdir. QAC kompüter kurslarını fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən etibarən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavinidir. Azərbaycan, türk, ərəb və ingilis dillərini bilir.


Gülmirə Oktay qızı Museyibova 1 fevral 1987-ci ildə Laçın rayonu Təzəkənd kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin İnformatika və Hesablama texnikası İnformasiya işlənməsinin və idarə etmənin avtomatlaşdırılmış sistemləri (Telekommunikasiya) fakültəsinin məzunudur. Hal-hazırda Akademi Group Xaricdə Təhsil şirkətində təhsil üzrə mütəxəssis vəzifəsində çalışır. Azərbaycan, ingilis və türk dillərini bilir. 2020-ci ildən etibarən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür.


Ömər Həzrəddin oğlu Kərimli 21 dekabr 1997-ci ildə Xaçmaz rayonu Seyidlər kəndində anadan olmuşdur. Fövqəladə Hallar Nazirliyində "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi" üzrə təlim kursu keçmişdir. 2017-ci ildən özəl şirkətlərdə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" üzrə mütəxəssis işləmişdir.

Hal-hazırda Atatürk Universitetində "Halkla ilişkilər ve Tanıtım" ixtisası üzrə təhsil alır. Azərbaycan, rus və türk dillərini bilir. 2020-ci ildən etibarən "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvüdür. 


Xəyalə Günəş Əyriçalmalı 15 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbdə 1996-2007-ci illərdə təhsil alıb. 2000-2005-ci illərdə Nərimanov rayonu Əfrasiyab Bədəlbəyli adına 23 saylı 11 illik musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin qanun sinifində təhsil alıb. 2013-2016-cı illərdə Bakı Humanitar Kollecinin Xalq Çalğı Alətləri fakultəsinin qanun ixtisasını bitirib. 2014-2019-cu illərdə Azərbaycan Televiziya və Radio QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin "Ali dərəcəli kanon ifaçısı" vəzifəsində çalışıb. 2019-2020-ci illərdə Azərbaycan Hərb Tarixi Muzeyində "texnik-bələdçi" vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yanında İdarə Sənədlərinin Qaydaya Salan Mərkəzində "arxivçi" vəzifəsində çalışır. 2012-2015-ci illərdə müxtəlif dövrü mətbuatlarda "jurnalist" vəzifəsində çalışıb. "Xəyalə Günəş" imzası ilə məqalələri və müsahibələri dərc olunub. 2013-2017-ci illərdə Azərbaycan radiosunda 105 FM-də İncəsənət xadimlərinin yaradıcılığı haqqında müəllifi olduğu verilişlər hazırlayıb və aparıcısı olub. 2015-ci ildən tarix üzrə elmi-tədqiqat işi aparır. "Çar Rusiyasının generalı knyaz P.D.Sisianovun ölümü,  Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalı dövrü", Bakıxanovlar şəcərənaməsinin və Abşeron yarımadası və Bakı kəndlərinin tarixinin tədqiqatçısı və qiraətçidir.