"YOL HƏYATDIR" ADLI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLDİ

26 avqust 2023-cü il tarixində Qəbələ şəhərində yerləşən "İntellektual İnkişaf Naminə" İctimai Birliyinin ofisində "YOL" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən yol hərəkəti qaydaları mövzusunda "YOL HƏYATDIR" adlı layihənin növbəti tədbiri keçirilmişdir. İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra təşkilatın sədri Rüfət Axundov tədbir iştirakçılarını salamladı və tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə İntellektual İnkişaf Naminə İB-nin sədri Həzi Aslanova öz dərin minnətdarlığını bildirdi.

Daha sonra R.Axundov tədbirin əsas məqsədindən danışdı. O bildirdi ki, yeniyetmə və gənclərə yol hərəkəti qaydalarının aşınlanması, onlarda yol mədəniyyətinin formalaşdırılması və onlara yol nişanlarının tanıdılması olduqca vacib məsələlərdəndir. Həmçinin o qeyd etdi ki, bu istiqamət üzrə maarifləndirici tədbirlərin, seminarların və müsabiqələrin təşkil edilməsi yeniyetmə və gənclərdə bu sahəyə marağın artmasına gətirib çıxaracaq. R.Axundov çıxışının sonunda ümumiyyətlə insanların bu sahədə maarifləndirilməsinin nəticə olaraq baş verəcək yol nəqliyyat hadisələri və onlardan zərər çəkənlərin sayının azaldılmasının əsəs mexanizmlərdən olduğunu vurğuladı.

Tədbirin sonunda fəal iştirak edən yeniyetmə və gənclər fəxri fərmanlarla təltif olundular.Daha sonra xatirə foto şəkillər çəkdirildi