“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi 9 noyabr 2018-ci ildə yaradılmışdır. Təşkilatımız ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği, inkişafı və möhkəmləndirilməsi, həmin dəyərlərin qorunması, ümumən milli-mənəvi dəyərlərin cəmiyyətdə rolunun yüksəldilməsinə xidmət edir.
Birliyin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, həmvətənlərimiz arasında təbliğ edilməsi və inkişafı istiqamətində elm, təhsil, mədəniyyət, mənəviyyat, vətənpərvərlik sahəsində fəaliyyətin qurulması və maarifləndirmə işinin aparılmasıdır. Həmçinin ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakının təmin edilməsidir.
Elvin Bəhruz oğlu Talışınski 1 iyun 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Milli Aviasiya Akademiyasının Hüquq və iqtisadiyyat fakültəsinin “beynəlxalq hüquq” üzrə məzunudur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın informasiya müharibəsində yeri və rolu (Şərq-Qərb kontekstində)” elmi mövzunu müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 3 monoqrafiya, 50-dən çox elmi əsərin müəllifi, çoxlu sayda beynəlxalq elmi konfransların iştirakçısıdır. Rus, ingilis, fransız dillərini bilir. 2018-ci ildən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədridir.
Qorxmaz Vaqif oğlu Paşayev 3 mart 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin məzunudur. Bir çox respublika və beynəlxalq əhəmiyyətli konfransların iştirakçısı, müsabiqələrin qalibidir. Ərəb, fars, ingilis və rus dillərini bilir. 2018-ci ildən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədr müavinidir.