Elin Səsi "Kimsəsiz uşaqlara təbəssüm ol" layihəsinə tərəfdaş oldu

Bildiyiniz kimi, Azərbaycan xalqı daim yardımlaşmağı, kömək etməyi sevən bir xalq olmuşdur. Hətta bununla bağlı xalq ədəbiyyatının bir hissəsi olan atalar sözlərimizdə də keçib ki, “Köməyi igidə – sözlə, zəifə – əllə et.” “Əl tutmaq Əlidən qalıb” və s. Bu sözlərin, nümunələrin hər biri bir daha sübuta yetirir ki, biz xalq olaraq yardımsevər, əl tutan, qonaqpərvər xalq olmuşuq. Həmçinin bu bizim milli-mənəvi dəyərlərimizdən zaman-zaman süzülüb gəlmiş və qanımızda dövran edən bir hissdir. Ata-babalarımızdan qalan mirasdır ki, hal-hazırda biz bu adət-ənənəni davam etdiririk.

Yuxarıda qeyd olunan milli-mənəvi dəyərlərimizi rəhbər tutaraq “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi bu günədək bir-birindən gözəl layihələr həyata keçirmiş və dost təşkilatlarında bu istiqamətdə həyata keçirdiyi layihələrdə yanında olmuşdur. Tərəfdaşı olduğumuz Modern Azərbaycan Yeniliklər və Təcrübə İctimai Birliyinin həyata keçirdiyi “Kimsəsiz uşaqlara təbəssüm ol” layihəsi məhz dəstəklədiyimiz layihələrdəndir. Çünki dünyanı sırf yaxşılıq, mərhəmət, təbəssüm qurtara bilər. Bizdə bu məsuliyyətli işdə dostumuz olan MAYT İB-nın yanındayıq və əlimizdən gələn hər cürə köməkliyi əsirgəmirik. İnanırıq ki, bundan sonra da çox layihələrdə tərəfdaş olaraq böyük işlər ərsəyə gətirəcəyik.