İ.Nəsimi irsi və milli-mənəvi dəyərlər

18 aprel 2019-cu ildə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi, AMEA-nın Fəlsəfə İnstitutunun və Xətai rayonu 249-saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə "İ.Nəsimi irsi və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda 249-saylı tam orta məktəbin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Bayramov, AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının azərbaycanlı müxbir üzvü Elvin Talışınski, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xətai rayonu üzrə aparıcı məsləhətçisi Fərman Abdullayev, Bakı Avrasiya Universitetinin magistrı, folklorşünas İlkin Elsevər və "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvü Zəkiyyə Heybətova çıxış edərək mövzu ətrafında öz fikirlərini bildirdilər.AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov “İ.Nəsiminin yaradıcılığı və milli-mənəvi dəyərlər” mövzusunda çıxış etmişdir.