Milli-mənəvi və İslami dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması

25 aprel 2019-cu ildə Bakı şəhəri Xətai rayonunun 249 nömrəli tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə “Milli-mənəvi və İslami dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması” mövzusunda elmi-praktiki profrans keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nizami Bayramov açaraq hər kəsi salamladı və tədbirin əhəmiyyətindən danışdı.

Sonra AMEA-nın Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri üzrə elmlər doktoru, professor Sakit Hüseynov “Dini fanatizm, radikalizm və məzhəb ayrıseçkiliyinin zərərli nəticələri”, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski “İslam dininin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tövhəsi”, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev “İslami dəyərlərdə elm və təhsilin əhəmiyyəti”, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Nərminə Quliyeva “İslami dəyərlər sistemində uşaq tərbiyəsi”, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ziya Yaqubzadə “İslami dəyərlər sistemində vətənpərvərlik”, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin üzvü Mirəli Talıbzadə “İslami dəyərlər sistemində valideyn-övlad münasibətləri” adlı məruzələrlə məktəblilər qarşısında çıxış etdilər. Çıxışlar məktəb müəllimləri və şagirdləri tərəfindən çox böyük marağa səbəb oldu. Sonda 249 nömrəli tam orta məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirildi.