Layihənin əsas məqsədi Qanlı 20 yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixi olmasını dünya ictimaiyyətinə çatdırılması olmuşdur. Layihədə 8 müxtəlif universitetdən 25 gənc iştirak etmişdir. Həmin bu 25 gənc tərəfindən 20 yanvar hadisələri qəhrəmanlıq tarixi olaraq 5 dildə - azərbaycan, ingilis, rus, ərəb və fars dillərində səsləndirilərək Şəhidlər xiyabanında sənədli film çəkilmişdir. Daha sonra 16 yanvar 2019-cu il filmin ilk təqdimatı Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Heydər Əliyev mərkəzində gənclərin, QHT sədrlərinin və media nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Filmin ikinci təqdimatı Azərbaycan İlahiyyat İnistutunda müəllim və tələbə kollektivinin iştirakı ilə baş tutmuşdur. Bu layihə təşkilatın ən böyük layihələrindən biridir.