Məktəblilərin ekskursiyası

22 oktyabr 2019-cu ildə “Elin Səsi milli mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhəri 6 saylı məktəb-liseyin şagirdləri üçün şəhərimizdə yerləşən kilsə və məscidlə tanışlıq ekskursiyası təşkil etmişdir. İlk olaraq təşkilatın sədri E.Talışınskinin və məktəbin nümayəndəsi K.Cəbiyevanın rəhbərliyi ilə məktəblilər “Mixail-Arxangel” Rus Pravoslav Kilsəsini ziyarət etdilər. Burada Kilsənin keşişi Andrey Ata şagirdləri Pravoslavlıq tarixi və məbədin inşası ilə tanış etdi, uşaqlar ikonlar və ziyarətgahlar haqqında məlumat aldı və suallar verdilər. Sonra məktəblilər Qafqazın ən möhətəşəm ibadət ocağı olan Heydər məscidini ziyarət etdilər. Burada məscidin əməkdaşı Rəhim Panayev uşaqlara İslam dininin yaranma tarixi, dinin cəmiyyətimizin həyatında tutduğu yer barədə məlumat verdi və xalqımızın mənəvi dəyərlər sistemində İslamın tutduğu mühüm mövqedən danışdı. Ekskursiya zamanı uşaqlar Məscidlə ətraflı tanış olaraq öz suallarını verdilər. Sonda xatirə şəkilləri çəkildi.