Soyuq və uzun payız fəslnin gecələrinin birində, adəti üzrə kitab mütaliə edən Cəmşid Hüseyn dərin fikrə dalır. Buna səbəb isə oxuduğu pisxoloji romanda qarşılaşdığı bir cümlədir.!
Cəmşid Hüseyn cavan olmasına baxmayaraq, akademik təhsil almış, bir çox elmi kitablardan bəhrələnmiş, həmçinin, özü də tələbələr yetişdirən gənc alim və müəllimdir. Savadı, zəngin dünyagörüşü olan bu cavan, yaşadığı cəmiyyətdə istər müəllimlər, istərsə də tələbələr içərisində çox sevilən və hörmət olunan şəxsdir. Qohum, qonşuları və ətrafında olan insanlar tərəfindən də çox sevilir gənc Cəmşid.
Cəmşidin orta məktəbdə bir yerdə oxuduğu yoldaşları məktəbi bitirdikdən sonra hərəsi bir işlə məşğuldurlar. Yoldaşları içərisində yolunu azıb pis vərdişlərə aludə olanlarla yanaşı, əxlaqlı, bilikli və bacarıqlı olanlar da az deyil. Cəmşidlə azda olsa münasibəti olan Lətif isə bizneslə məşğul olan, imkanlı cavandır. Lakin, Lətif ətrafında olan cəmiyyətin dərdinə dəyməyən, bir sözlə, özü üçün yaşayan, güzgüyə baxıb özü və öz dünyəvi ehtiyacların görən biridir.
Cəmşid, o payız gecəsində özü və ətrafında baş verən hadisələr, Lətif zehniyyətli olan, eləcə də ömrünü ziyanlı vərdişlərlə keçirən digər cavanlar barəsində fikrə getmişdi.
Ən əsası isə özü və həyatı...!
Özü özünə suallar verir və tez bir zamanda öz fikirlərini formalaşdırmaq istəyirdi. Belə deyirdi:
“Mən bu kitabları niyə oxuyuram?! Bəs bundan qabaq aldığım bu 15-illik təhsil mənə lazım idimi?! Yox, aldığım təhsil mənə çox adamın bilmədikləri bilikləri qazandırıb, və nəticədə, mən aliməm. Yaxşı Cəmşid, bunun sənə və həyatına nə kimi xeyri var? Axı Lətif və onun kimilər komfortlu həyat sürür, həmçinin hər imkanları da var. Mənim isə kitablarım və onların mənə verdiyi elmim var, başqa nəyim var axı?!”
Bu fikirlərlə ruhu eniş yaşadığı bir zamanda masası üzərində olan və hər gün oxuyub rahatlıq tapdığı Müqəddəs Qurani-Kərimi açıb oxuyan Cəmşid, “Ənkəbut” surəsində olan bir ayədə suallarına aydınlıq əldə edir. Ayədə belə buyurulur:
“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).”
Cəmşid artıq zehnində olan suallara aydınlıq gətirərək belə deyirdi:
“Mənim çox şeyim var, məni sevənlər var. Lətif kimilərin özlərinə deyil imkanlarına görə hörmət edənlər varsa da, mənim özümə elə mən olduğum üçün hörmət edən insanlar var. Ən əsası isə əbədi həyat üçün mənim bu qədər elmi işlərim, tələbələrim və insanlara xidmətim var. İnsan var dövlətini yalnız özü üçün istifadə edib ətrafına baxmırsa, onun malı, imkanı elə buradaca qalaraq özüylə heçnə apara bilməyəcəkdir. Lakin Allaha xatir hətta zərrə yaxşılıq isə əbədi şəkildə insanla bir yerdə olacaq və ona kömək edəcəkdir.”
Allah Rəsulu Hz.Məhəmmədin (s) sözündə olduğu kimi:
“Dünya axirətin əkin sahəsidir”.
Cəmşid hal-hazırda ona bəxş edilən həyat fürsətini və bu həyatda nəyin uğur gətirə biləcəyini, vaxtın isə məhdud olduğunu başa düşmüşdü.
İnsanlara xidmət etməyin, dərdlərinə yanmağın, onların yanında olmağın insanı xöşbəxt edəcəyini anlamışdı. Həqiqətdə isə bu xidmətlər başqasına olunmasına baxmayaraq, həmin xadimi həmişə yaşadır və əziz edir. Cəmşid romanda oxuduğu cümləni böyük şəxsiyyətlərdə olduğu kimi həyatına qata bilmişdi.
Cəmşidin romanda qarşısına çıxdığı və onu düşünməyə sövq etdirən həmin cümlə isə belə idi:
“-İnsan həyatını özü üçün deyil, digərləri üçün yaşadıqda yaşayır.”
Kamran Dadaşzadə
ilahiyyatçı