Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstəyi Şurasının maliyyə yardımı, Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə "Azərbaycançılıq ideyası-Dünya Azərbaycanlı Gənclərin Milli idealogiyasıdır" adlı layihə çərçivəsində bir sıra tədbirlər keçirilmişdir. Tədbirlərdə ictimai xadimlər, ziyalılar və gənclər iştirak etmişdir. İctimai birliyinin prezidenti Tofiq Əli-zadə Şura və layihənin məqsədi barədə qısa məlumat vermiş, Ümummilli lider Heydər Əliyevin çocmillətli ölkəmizdə Azərbaycançılıq ideyasının müstəqilliyimizin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət etdiyini vurğulamışdır.
Bundan başqa 2020-ci il 27 sentyabrdan başlayaraq 10 noyabr 2020 il tarixinədək Qarabağda baş verən uğurlu hərbi əməliyyatlarımızın səbəbkarı Ali Baş Komandanın siyasətinin Azərbaycanının yaşam həyatında yeni bir era yaratdığını qeyd etmişdir. Tədbirlərdə bir çox maarifləndirici məlumatlar da tədbir iştirakçılarına çatdırılmışdır.