26 noyabr 2020-ci il Fransanın Azərbaycandakı səfirliyinin qarşısında bir sıra QHT-nin rəhbərləri tərəfindən etiraz aksiyası keçirilib.Aksiya iştirakçıları səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma dağlıq Qarabağ respublikasının tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.İştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb,Qarabağ Azərbaycandır,Fransa ədalətli ol,Beynəlxalq hüquqa hörmət elə,Fransa Atətdən rədd ol,kimj şüarlar səsləndiriblər.Sonra İctimai Fəallar hazırlanmış bəyanatı oxudular.Bəyanat oxunduqdan sonra Səfirliyə təqdim edildi.Etirazçılar senatən qəbul etdiyi qətnaməni BMT təhlükəsizlik şurasının daimi üzvü və atətin minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qaraləkə adlandırdılar.Xatırladaq ki,ötən gün Fransa senatı səs çoxluğu ilə höküməti qondarma Dağlıq Qarabağ respublikasını tanımağa çağıran qərar qəbul edib. Aksiyada ictimai birliyimizin sədri Elvin Talışınski və departament rəhbəri iştirak edib.
Tamerlan Qasımlı