Qarabağ dünən, bu gün, sabah

8 yanvar 2021-ci il "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin və Xarı Bülbül Academynin birgə təşkilatçılığı ilə "Qarabağ dünən, bu gün, sabah" mövzusunda vebinar həyata keçirildi. İlk olaraq Xarı Bülbül Academynin sədr müavini, "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Qadınlar Şurasının sədri, moderator Nərminə Quliyeva hər kəsi salamladı və vebinarın işində uğurlar dilədi. Daha sonra söz Xarı Bülbül Academynin rəhbəri Məleykə Qasımovaya verildi. M.Qasımova iştirakçılara, eləcə də əməkdaşlıq etdiyi üçün "Elin Səsi" İctimai Birliyinə öz minnətdarlığını bildirdi. Sonra isə söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, vebinarın təlimçisi Elvin Talışınskiyə verildi. E.Talışınski Qarabağ məsələsinə həm tarixi, həm də siyasi baxımdan toxunaraq onun Azərbaycan üçün əhəmiyyətini qeyd etdi. Vebinarda 30 ilə yaxın bir dövrdə Qarabağın dünyada münaqişə kimi tanınması, Minsk qrupunun fəaliyyəti, Zəfər yürüşü, Qarabağın gələcək perspektivləri və s. məsələlər müzakirə edildi.


Daha sonra vebinarda iştirak edən Aygün Musayeva və Gülbahar Sərxənova vətənpərvərlik haqqında şeirlər səsləndirdilər. Sonda "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev təşkilat, təşkilatın məqsədi və həyata keçirdi layihələr haqqında məlumat verdi. Məlumat üçün bildirək ki, vebinarda 100-dən çox ictimai fəallar, media nümayəndələri, gənclər iştirak edirdi.