Gənclər arasında "İctimai maarifləndirmə" işləri davam etdirilir

Bakı şəhəri ərazisində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “İctimai Maarifləndirmə” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ictimai maarifləndirmə qrupları yaradılmışdır. Əsas mövzular dövrümüzdə aktual olan COVİD-19 ilə mübarizənin təbliği, gigiyenik vasitələrdən düzgün istifadə və vaksinasiya prosesinin vacibliyinin çatdırılması, Nizami Gəncəvi ili ilə əlaqədar gənclərin fikir və təkliflərinin toplanması və s. Həmçinin layihə rəhbəri olan Tofiq Əli-zadə, könüllülər Qorxmaz Paşayev və Gülşən Kərimlinin iştirakı ilə keçirilən bu sorğular ərzində gənclər arasında II Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, işğaldan azad edilmiş torpaqlarımızda məskunlaşmada gənclərin marağının öyrənilməsi istiqamətində maarifləndirici fərdi söhbətlər də aparılmışdır. Qeyd edək ki, sorğu iştirak edənlərin anonimliyi və məxfiliyi qorunmaqla  həyata keçirilmişdir.

mmd-tv