Tariximiz milli dəyərimizdir filminin təqdimatı

Yanvarın 18-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin (MMDQ) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz – milli dəyərimizdir” mövzusunda konfrans keçirilib. Konfransda İctimai Birlik tərəfindən 20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılması üçün lentə aldığı film təqdim olunub.