Dr.Fuad Məmmədovun təqdimatında "Kamilliyə aparan yol" adlı Master Class

28 dekabr 2021-ci il tarixdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə növbəti Master Class keçirildi. "Kamilliyə aparan yol" adlı master class "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı, professor Fuad Məmmədov tərəfindən həyata keçirildi. İlk öncə İctimai Birliyin sədri, fəlsəfə doktoru Elvin Talışınski iştirakçıları salamladı və tədbirin məqsədindən, mədəniyyətin önəmindən və mənəvi dəyərlərin cəmiyyətdəki rolundan danışdı.


Sonra söz Master Classın təlimçisi Fuad Məmmədova verildi. Fuad müəllim "Mədəni insan kimə deyilir?", "Mədəniyyət nədir?" sualları ətrafında gənclərə geniş şəkildə məlumat verdi. Kulturoloq bildirdi ki, hər bir insanın həyatında mədəniyyət ən birinci sırada yer almalıdır. Həmçinin o, qeyd etdi ki bu elmin öyrənilməsi və öyrədilməsi də əsas amillərdən biridir. Master Classın sonunda Fuad Məmmədov mədəniyyətin və mənəvi dəyərlərin əyani sübutu kimi tədbir iştirakçılarının vasitəsilə qısa bir test göstərərək mənəviyyatın, eyni zamanda mədəniyyətin əhəmiyyətini bir daha gənclərə çatdırmış oldu. Təlimdə müxtəlif ali təhsil müəssisələrindən olan gənclər, qht rəhbərləri iştirak edirdi.