2 fevral Beynəlxalq Gənclər Günü

1 fevral 2019-cu ildə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Gənclər günü ilə bağlı tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Giriş nitqi üçün söz "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınski və Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin Prezidenti Tofiq Əlizadəyə verilib. Onlar gəncliyin mahiyyətindən, ölkədə gedən gənclər siyasətindən və perspektivlərdən danışıblar.

Çıxışlardan sonra MMDQ İB-nin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "TARİXİMİZ MİLLİ DƏYƏRİMİZDİR" adlı sənədli filmdə çəkildiklərinə və vətənpərvərliklə bağlı tədbirlərdə fəal iştiraklarına görə bir sıra gənclər təşkilatın Fəxri Fərmanı ilə təltif olunublar. Tədbirdə həmçinin tanınmış ozan Fəxrəddin Salimin də ifasına yer verilib. Bakı İslam Universitetinin magistri Şükür Əndəlifov da çıxış edərək gəncləri təbrik edib.

Daha sonra gənclər arasında maraqlı yarışmalar və viktorina keçirilib. Qaliblər təşkilat tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.