20 yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiinin kollektivi və QHT nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Agentliyin əməkdaşları və 100-dən çox QHT nümayəndəsi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini yad ediblər.
20 yanvar faciəsi Azərbaycan xalqının tarixinə təkcə hüzn günü kimi deyil, həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub.