Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Xocalı soyqırımı zamanı qətlə yetirilmiş
soydaşlarımızın əziz xatirəsinin yad edilməsi və faciənin 30-cu ildönümü ilə
bağlı 28 yanvar 2022-ci il tarixli sərəncam imzalamışdır. Bu məqsədlə bir çox xarici
ölkələrdə də Xocalı –Genosidi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyi tərəfindən
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 25 fevral 2022-ci il tarixində
keciriləçək “Xocalı Genosidinə - Ədalətli
Baxış” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verilmişdir. Layihənin məqsədi: Xocalı Genosidi zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə, Rusiya Federasiyasının Sankt-Peterburq
şəhərində anadan olmuş, uzun
illər bu ölkədə yaşayan soydaşlarımızın və yerli ictimaiyyət nümayəndələrinə
məlumat vermək və bu barədə tədbirlər təşkil etməkdir. Layihə Rusiya Federasiyasının Sankt-Peterburq
şəhərində yaşayan soydaşlarımızı, tələbə gənclərimizi və yerli ictimaiyyət nümayəndələrini
əhatə edəcək.Tədbirdə əvvəlcə Xocalı soyqırımını əks
etdirən qısa metrajlı sənədli video-film nümayiş olunacaqdır. Tədbirdə layihənin
rəhbəri, politoloq Tofiq Əli-zadə və AMEA-nın şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə
doktoru Elvin Talışınski Xocalı
Genosidi barədə tutarlı və tarixi faktlarla cıxış edəcəklər. Deyiləcək ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən
biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini
kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının
iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla
divan tutdu. Xocalı
soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı
olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır
yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun
illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə
və təcavüz siyasətinin tərkib hissəsi idi. Son illərdə də
haqq səsimizin dünyaya çatdırılması və
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü
fəaliyyət göstərilmişdir. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən
tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Düşünürük ki, Xocalı
Genosidinə hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli
cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır.