"Elin Səsi" MMDQ İctimai Birliyinin sədri "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçildi

"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınski "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.


"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası təsis olunduğu 1990-cı ildən etibarən Azərbaycanda mədəniyyət, təhsil və elm sahələrinin inkişafı və beynəlxalq miqyasda təbliğ edilməsi, ölkəmizdə kulturologiya elminin formalaşması istiqamətində əhəmiyyətli fəaliyyət göstərir. Kollektiv üzv və təsisçiləri sırasında AMEA, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, bir sıra fondların olduğu Assosiasiya geniş beynəlxalq əməkdaşlığa malikdir və bu günədək istər ölkə daxilində, istərsə də xaricdə böyük layihələr həyata keçirmişdir. Bu tədbirlərin bir çoxunda gənc alim E.Talışınski də fəal iştirak etmişdir. Azərbaycanda, xüsusilə gənclər arasında milli mənəvi və mədəni dəyərlərin təbliğ edilməsi, təhsil və maarif işlərinin aparılması, yüksək mədəniyyətə malik gənclərin yetişdirilməsi olan sədrimiz E.Talışınskini üzvləri arasında akademik, elm, incəsənət və mədəniyyət xadimləri, xalq şairlərinin olduğu "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilməsi münasibətilə ürəkdən təbrik edirik.