Xocalı soyqırımının 27-ci ildönümü

25 fevral 2019-cu il "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə 26 fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakı İslam Universitetində tədbir həyata keçirilmişdir. Tədbirdə universitetin rəhbərliyi və tələbələrin iştirakı baş tutmuşdur. İlk öncə Xocalıda şəhid olmuş həmvətənlərimiz ruhuna Qurani-Kərimdə ayələr tilavət olunmuş və dualar edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra İctimai Birliyimizin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək Xocalı faciəsi haqqında məlumat vermişdir. E.Talışınski bildirmişdir ki, Xocalıda baş verənlər erməni qəsbkarlarının vəhşiliklərinin və barbariziminin ən böyük nümunələrindəndir. Sonda Xocalıda şəhid olanların ruhuna rəhmət diləyərək fikirlərini yekunlaşdırmışdır. Sonda İctimai Birliyimizin könüllü üzvləri tərəfindən kiçik səhnəcik nümayiş etdirilmişdir.