"Elin Səsi" İctimai birliyinin sədr müavini, tərcüməçi-yazar Əli Rzazadənin növbəti kitabı işıq üzü görüb.
mmd-tv.org xəbər verir ki, “Onun hekayəsi”adlı nəşrdə müəllifin bəzi hekayə və esseləri, həmçinin şerlərinin bir hissəsi yer alıb. Kitab “Mücrü” nəşriyyatında çap olunub. “Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır. Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.
Nəzərinizə çatdıraq ki, Əli Rzazadənin ilk dəfə ərəb dilində çap olunan “Xocalıya ədalət” əsəri də bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.
Qeyd edək ki, “Onun hekayəsi” kitabı "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin dəstəyi ilə çap edilib və yaxın zamanlarda kitabın təqdimat mərasimi keçiriləcək.