"Elin Səsi" Milli-Mənəvi
Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
"Vətənim Azərbaycandır!" adlı layihəyə çərçivəsində 8-12 yaş məktəblilər arasında vətənpərvərlik haqqında
şeir müsabiqəsinə start
vermişdir. 2 ay
müddətində davam edəcək layihə 01 sentayabr
tarixindən öz işinə başlamışdır. Bakı, Şirvan şəhərlərini və Xaçmaz rayonunu əhatə
edəcəkdir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata
keçirilən dövlət siyasətinə yardımçı olmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və
Azərbaycançılıq idealogiyasının təbliğ olunmasıdır. Həmçinin bu məsələlərdə
dövlət siyasətinə dəstək verməkdən ibarətdir.
Bu məqsədlərə
nail olmaq üçün layihədə aşağıdakı işlər görüləcəkdir:
İlkin
hazırlıq işlərinin görülməsi (əmək və xidməti müqavilələrin bağlanılması, çap
məhsullarının sifarişi üçün danışıqların aparılması, iş bölgüsü, müsabiqə
qalibləri üçün hədiyyələrin seçilməsi və s.)
Azərbaycan Respublikası
ərazisində Bakı şəhəri, Şirvan və Xaçmaz rayonlarında layihə çərçivəsində
həyata keçiriləcək Şuşa ilinə həsr olunmuş “Mən Şuşalıyam” adlı şeir müsabiqəsinin iştirakçıları üçün 50 səhifəlik Şuşaya həsr
olunmuş vətənpərvərlik şeirlərindən ibarət kitabçanın hazırlanması, çap
olunması və paylanılması;
Bakı şəhəri, Şirvan və
Xaçmaz rayonlarında “Mən Şuşalıyam” şeir müsabiqəsində iştirak edən 8-12 yaş yeniyetmə və şagirdlərin
dinlənilməsi, eyni zamanda onlar arasında qaliblərin müəyyən oluması.
Respublikamızda
milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik hisslərinin aşılanması,
möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər
vətəndaşlarımızın, xüsusilə də gənc nəslin qeyd olunan sahəyə maraqlarının
artmasına nail olacaqdır.