"Elin Səsi" İctimai Birliyi "Milli sərvətimiz - mənəvi dəyərlərimiz" adlı yeni layihəyə start verdi

"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli sərvətimiz – mənəvi dəyərlərimiz" adlı layihəyə start vermişdir. 3 ay müddətində davam edəcək layihə Bakı şəhəri, Qəbələ və Şirvan rayonlarını əhatə edəcəkdir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclərə milli-mənəvi dəyərlərin  təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinə yardımçı olmaq, onların bu istiqamət üzrə maraqlarını daha da artırmaq, gənclər arasında “Milli sərvətimiz, mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin təşkil edilməsi və mükafatlandırılması, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən bəhs edən kitabın nəşr edilməsi, eləcə də bu mövzuda cəmiyyətdə maarifləndirmə işinin aparılmasıdır.
Bu məqsədlərə nail olmaq üçün layihədə aşağıdakı işlər görüləcəkdir:
 
1.  İlkin hazırlıq işlərinin görülməsi (əmək və xidməti müqavilələrin bağlanılması, çap məhsullarının sifarişi üçün danışıqların aparılması, iş bölgüsü, müsabiqə qalibləri üçün hədiyyələrin seçilməsi və s.)
2.   Layihə çərçivəsində nəşr olunacaq “Azərbaycan xalqının milli-mənəvi dəyərləri” adlı kitabın hazırlanması və çap olunması;
3.   Layihə çərçivəsində həyata keçiriləcək “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsi üçün Bakı şəhəriQəbələ və Şirvan rayonlarından 6 komanda olmaqla, hər komandada 5 gəncin müəyyən olunması və qeydiyyata alınması;
4. Layihə çərçivəsində həyata keçiriləcək “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin Qəbələ rayonunda həyata keçirilməsi və qaliblərin mükafatlandırılması;
5. Layihə çərçivəsində həyata keçiriləcək “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin Şirvan rayonunda həyata keçirilməsi və qaliblərin mükafatlandırılması;
6. Layihə çərçivəsində həyata keçiriləcək “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” adlı bilik müsabiqəsinin Bakı şəhərində həyata keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
 
Respublikamızda milli-mənəvi dəyərlərin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görüləcək işlər vətəndaşlarımızın, xüsusilə də gənc nəslin qeyd olunan sahəyə maraqlarının artmasına nail olacaqdır.